Təhsil Nazirliyi qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasında tutulanların məhkəməsi başlayıb

Təhsil Nazirliyi qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasında tutulanların məhkəməsi başlayıb
# 28 mart 2013 10:17 (UTC +04:00)

APA-nın məlumatına görə, Seymur Bağırlı, Xudaverdi Abdullayevi və digər 8 nəfər təqsirləndirilən şəxsin olduğu prosesdə vəkillər müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət veriblər. Lakin vəsatətlər təmin olunmayıb. Baxış iclası isə aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub. Həmin şəxslərdən bir qrupunun işi bir müddət əvvəl məhkəməyə göndərilib. Hazırda onların məhkəmə prosesləri davam etdirilir.

Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR