Polis rəisi: “İsmayıllıda vəziyyətin yenidən gərginləşməsi barədə informasiyalar əsassızdır”

Polis rəisi: “İsmayıllıda vəziyyətin yenidən gərginləşməsi barədə informasiyalar əsassızdır”
# 29 yanvar 2013 12:19 (UTC +04:00)

N. Qocayev qeyd edib ki, hazırda rayonda vəziyyət normaldır: “Heç bir gərginlikdən söhbət gedə bilməz. İsmayıllıda vəziyyət tam nəzarət altındadır və hər kəs öz işi ilə məşğuldur”.

O, rayonda kütləvi həbslərin aparılması barədə məlumatlara da münasibət bildirib: “Rayonda aparılan həbslərlə bağlı heç nə deyə bilmərəm. Tərəfimizdən heç kim saxlanılmayıb. Bu işin istintaqı Respublika Prokurorluğu tərəfindən aparılır. Ona görə də mən bu barədə heç nə deyə bilməyəcəm”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, İsmayıllıda baş verən hadisələrlə bağlı başlanmış cinayət işi üzrə bu gün DİN və Baş Prokurorluğun birgə məlumat yayması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR