«Yapı Kredi İnvest» şirkətinə broker və diler lisenziyaları verilib

«Yapı Kredi İnvest» şirkətinə broker və diler lisenziyaları verilib
# 06 fevral 2013 15:08 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Yapı Kredi İnvest» MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, sözügedən lisenziyalar MMC-yə 5 il müddətinə verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi lisenziyalar qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR