Astaranın ucqar yaşayış məntəqəsində yeni məktəb binasının açılışı olub - FOTO

Astaranın ucqar yaşayış məntəqəsində yeni məktəb binasının açılışı olub   - <span style="color: red;">FOTO
# 02 may 2013 19:01 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Mayın 2-də Astara rayonunun ucqar Şağlazüzə kəndində yeni məktəb binası istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, dövlət vəsaiti hesabına tikilən təhsil ocağının açılış mərasimində məktəbin pedaqoji və şagird kollektivləri, valideynlər, kənd ictimaiyyətinin nümayəndələri, rayon Təhsil şöbəsinin əməkdaşları və məktəbin tikintisində çalışan inşaatçılar iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Agayev Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilən məktəb binasının dövlətin təhsilə göstərdiyi qayğının təzahürü kimi dəyərləndirib. Bildirilib ki, son illərdə Astarada 24 yeni məktəb tikilib, 11 məktəb əsaslı təmir edilərək şagirdlərin ixtiyarına verilib.Tikilən məktəblərin 8-i Heydər Əliyev Fondunun hesabına ərsəyə gəlib. Hazırda daha 10 məktəbin tikintisi davam etdirilir.

Açılışın rəmzi olan qırmızı lent kəsildikdən sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub.

Qeyd edək ki, ən müasir invertar və avadanlıqlarla təchiz olunmuş 220 yerlik ikimərtəbəli məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil alması üçün fənn kabinetləri, kompüter otagı, laboratoriya, kitabxana, idman zalı yaradılıb, müasir istilik sistemi quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR