Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
# 23 aprel 2013 13:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1986-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.2; 181.2.5; 28; 181.2.1; 28; 181.2.2; 28; 181.2.5; 234.1; 66.3 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qismət Tahir oğlu Səfərovun yanına qısa müddətli görüşə gəlmiş anası vətəndaş Sevda Sözəli qızı Səfərovanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman əşyaların arasında xüsusi üsulla yapışqanla sarınmış bükülüdə 5 ədəd “Nokia” markalı, 1 ədəd “Blackberry” markalı, 1 ədəd “M 3 KenxinDa” markalı mobil telefon aparatları, 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd elektrik qidalandırıcısının ehtiyat hissəsi, 2 ədəd bultuz-qulaqcıq, 3 ədəd qulaqcıq, 5 ədəd elektrik qidalandırıcısının kəsilmiş uc hissələri, 6 ədəd mobil telefon danışıq kartı və 3 ədəd yaddaş kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR