Oktyabrın 23-ü, saat 10:00-da "PAŞA Həyat Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"APA-Economics" xəbər verir ki, yığıncağın gündəliyinə “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinə ötürülmüş qərarvermə səlahiyyətləri üzrə limitlərə dəyişiklik təklifləri və digər məsələlər daxil edilib.
Qeyd edək ki, yığıncaq ASC-nin inzibati binasında baş tutacaq.