Məhkumlar şəhər gəzintisində olublar

 Məhkumlar şəhər gəzintisində olublar
# 20 may 2015 11:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar xidmət əməkdaşlarının müşayiəti ilə şəhər gəzintisinə çıxarılıblar.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yeniyetmələr – Əliyev Rəşad, Allahverdiyev Həsən və Qəhrəmanov Əli müəssisə əməkdaşlarının müşayiəti ilə gəzintidən əvvəl Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra tərbiyə olunan yeniyetmələr Azərbaycan Milli Xalça Muzeyinə baş çəkib, “Park Bulvar” istirahət və əyləncə mərkəzində olublar.

Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR