“Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda nəzəri-praktik konfrans keçirilib

“Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda nəzəri-praktik konfrans keçirilib
# 17 aprel 2013 08:11 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda nəzəri-praktik konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən komissiya sədri Bəhram Xəlilov deyib ki, Azərbaycanın dövlət qulluğu sisteminin banisi Heydər Əliyevdir: “Məhz onun AKP MK-nın I katibi olduğu dövrlərdə Azərbaycan dili dövlət orqanlarında işlək dilə çevrildi. Azərbaycan gənclərinin xaricə oxumağa göndərilməsi, milli kadrların dövlətin idarə edilməsində irəli çəkilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan Konstitusiyasının hazırlanması da Heydər Əliyevin müstəsna xidmətidir. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazasının özülü qoyulub”.

B. Xəlilov deyib ki, “Dövlət qulluğu” haqqında qanun da daxil olmaqla, dövlət qulluğuna dair qanunvericilik aktları Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qəbul olunub, “dövlət qulluğu” anlayışı gündəmə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR