Pakistanda anomal istilər nəticəsində ölənlərin sayı 1200 nəfəri keçib

Pakistanda anomal istilər nəticəsində ölənlərin sayı 1200 nəfəri keçib
# 27 iyun 2015 11:38 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Pakistanın cənubunda müşahidə olunan anomal isti hava şəraitinin son günlər nisbətən səngiməsinə baxmayaraq, günvurmadan ölənlərin sayı artmaqda davam edir.

APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 1200 nəfəri keçib.

Son günlər elektrik tələbatın ifrat dərəcədə artmasına görə Pakistanın bəzi ərazilərinə elektrik enerjisi verilişi 12 saat müddətinə kəsilib və bu da ölüm hallarının çoxalmasına səbəb olub.



Onu da əlavə edək ki, ölkədə havanın hərarəti 45 dərəcədən 36 dərəcəyə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR