Bakıda Müdafiə Nazirliyi və NATO mütəxəssisləri arasında görüş başlayıb - FOTO

Bakıda Müdafiə Nazirliyi və NATO mütəxəssisləri arasında görüş başlayıb - <span style="color: red;">FOTO
# 02 mart 2015 15:03 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə NATO-nun Beynəlxalq Qərargahının Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin nümayəndələri, Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev başda olmaqla nazirliyin müxtəlif idarələrinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin zabitləri iştirak edirlər.

Görüşdə hərbi təhsil sahəsində NATO ilə əməkdaşlığın perspektivlərinin müzakirə olunması planlaşdırılır. NATO nümayəndə heyətinin üzvləri Hərbi Akademiyanın dinləyiciləri qarşısında mühazirələrlə çıxış edəcəklər.

İşçi görüşü martın 4-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR