Bank Of Baku

Tovuzda mağazaya girən oğru kameralara düşüb - VİDEO

Tovuzda mağazaya girən oğru kameralara düşüb - VİDEO
# 19 mart 2019 18:36 (UTC +04:00)

Tovuzda tikinti materialları mağazasına girən oğru kameralara düşüb.

ONA-nın məlumatına görə, hadisə martın 18-i gecə Tovuz rayonu, Qovlar qəsəbəsində qeydə alınıb. Nofəl Qurbanova məxsus inşaat materialları mağazasına pəncərəni sındırmaq yolu ilə daxil olan oğru oradan pul tapa bilmədiyi üçün mağazanı tərk edib.

Oğru mağazada quraşdırılmış təhlükəsizlik kameralarına düşüb.

Mağaza sahibi həmin görüntüləri ONA-ya təqdim edib.

Hadisə barədə polisə də məlumat verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR