Paşha Bank
Bank Of Baku

Sığorta bazarı bu il 8% böyüyüb

Sığorta bazarı bu il 8% böyüyüb
# 26 oktyabr 2026 11:21 (UTC +04:00)

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta bazarı üzrə həm sığorta haqlarının, həm də sığorta ödənişlərinin həcmi artıb. Bununla belə, ödənişlərin artım tempi yığımları xeyli üstələyib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sığorta şirkətləri bu ilin ilk 9 ayında 1 milyard 248,5 milyon manat sığorta haqqı toplayıblar. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 157,3 milyon manat olub.

Beləliklə, sığorta yığımları illik müqayisədə 91,2 milyon manat və ya 7,9% artıb.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 882,7 milyon manat təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 683,9 milyon manat olub.

Nəticədə sığorta ödənişləri bir il ərzində 198,8 milyon manat və ya 29,1% artıb. Beləliklə, ödənişlərin artım tempi yığımların artım tempindən təxminən 3,7 dəfə yüksək olub.

Ödənişlərin yığımlara nisbəti də yüksəlib. 2025-ci ilin ilk 9 ayında sığorta bazarında toplanan hər 100 manat sığorta haqqına təxminən 59,1 manat ödəniş düşürdüsə, 2026-cı ilin eyni dövründə bu göstərici 70,7 manata çatıb.

Beləliklə, ödəniş-yığım nisbəti bir il ərzində 59,1%-dən 70,7%-ə yüksələrək 11,6 faiz bəndi artıb. Bu göstərici sığorta bazarında ödənişlərin yığımlarla müqayisədə daha sürətlə artdığını göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR