Sumqayıtda 50 yaşlı kişi intihar edib

Sumqayıtda 50 yaşlı kişi intihar edib
# 28 fevral 2013 07:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA- ya verilən məlumata görə, hadisə 29-cu məhəllədə yerləşən 4 saylı yataqxananın 36-cı mənzilində qeydə alınıb. 1963-cü il təvəllüdlü Abbas Kazım oğlu Məmmədov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR