Bank Of Baku

Gürcüstanın Poti limanından yüklərin böyük həcmi Azərbaycana nəql olunub

Gürcüstanın Poti limanından yüklərin böyük həcmi Azərbaycana nəql olunub
# 18 aprel 2018 14:33 (UTC +04:00)

Bu ilin birinci rübündə Gürcüstanın Poti dəniz limanından ən çox yük Azərbaycana nəql olunub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hesabat dövründə Poti limanında yüklərin 37,1%-ni idxal, 20,15%-ni ixrac, 40,8%-ni isə tranzit istiqamətli yüklər təşkil edib. Limanda emal olunmuş yüklərin 25%-i Azərbaycan, 19%-i Ermənistan, 14%-i Mərkəzi Asiya ölkələrinə nəql olunub.

 

Cari ilin yanvar-mart aylarında Gürcüstanın Poti limanından konteyner daşınmalarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,1% artıb. Limanda 82 039 TEU konteyneri emal olunub ki, onların da 13,1%-ni Gürcüstana idxal olunmuş əsasən ət, meyvə və şirniyyat məhsullarının olduğu soyuducu konteynerlər təşkil edib.

 

Cari ildə Poti limanında əməliyyatların dayandırıldığı günlərin sayı illik müqayisədə 53%  azalıb.

 

Qeyd edək ki, Poti dəniz limanı Gürcüstan iqtisadiyyatının inkişafında strateji mövqe tutur. Qonşu ölkənin ən böyük limanında yükdaşımalar üzrə bütün xidmətlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR