Çexiya prezidenti: “Rusiya qoşunlarının Ukrayna ərazisində olması sübuta yetirilsə, sanksiyalara dəstək verəcəyik”

Çexiya prezidenti: “Rusiya qoşunlarının Ukrayna ərazisində olması sübuta yetirilsə, sanksiyalara dəstək verəcəyik”
# 03 sentyabr 2014 09:22 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları yalnız o halda tətbiq olunacaq ki, Rusiya qoşunlarının Ukrayna ərazisində olması sübuta yetirilsin. APA-nın “korrespondent.net”saytına istinadən verdiyi məlumata görə, bunu Çexiya prezidenti Miloş Zeman deyib. O bildirib ki, Rusiya qoşunlarının Ukraynada olması sübuta yetirilərsə, Çexiya AB-nin sanksiyalarını dəstəkləyə bilər.

Sentyabrın 2-də Çexiya hökuməti Brüsseldən növbəti sanksiyalar paketinin layihəsini alıb. Çexiya radiosunun hakimiyyətdəki mənbələrə istinadən verdiyi məlumata görə, bu dəfə sanksiyalar yalnız iqtisadiyyat və maliyyə sahələrini yox, eləcə də futbol və mədəni sahələri əhatə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR