İranın sabiq prezidenti: “Mahmud Əhmədinejad İranın 30 ildə əldə etdiyi nailiyyətlərini məhv edib”

İranın sabiq prezidenti: “Mahmud Əhmədinejad İranın 30 ildə əldə etdiyi nailiyyətlərini məhv edib”
# 16 mart 2013 02:41 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Mən bəzi şəxslərin, o cümlədən də din xadimlərinin Mahmud Əhmədinejadı dəstəkləməsinə təəccüblənirəm”. APA-nın məlumatına görə, bunu İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani deyib. O bildirib ki, M. Əhmədinejad İran İslam Respublikasının 30 il ərzində əldə etdiyi nailiyyətlərini məhv edib: “İndi isə məsuliyyətdən qaçır. Məni daha da təəccübləndirən odur ki, onu hələ də dəstəkləməyə davam edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR