Azərbaycan prezidenti Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

Azərbaycan prezidenti Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib
# 02 dekabr 2014 11:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 2-də Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zaonu qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurların əldə edildiyi vurğulanıb, “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin ənənəvi olaraq hər il Bakıda keçirilməsinin və tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd edilib, sərginin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR