Qorxmaz Hüseynov: “Su itkiləri azalıb və tendensiya davam etməkdədir”

Qorxmaz Hüseynov: “Su itkiləri azalıb və tendensiya davam etməkdədir”
# 28 oktyabr 2014 10:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın infrastruktur sahələrində, o cümlədən, su təchizatı və kanalizasiya sektorunda mühüm tədbirlər həyata keçirilib.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bunu cəmiyyətin sədri Qorxmaz Hüseynov 9 ayın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 9 ay ərzində su istehsalı 538 mln. kubmetr təşkil edib. Bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 13 mln. kubmetr çoxdur.

O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə su itkiləri azalıb və bu tendensiya davam etməkdədir: “Adambaşına su istehlakı ötən ilin 9 ayında 175 kubmetr metr olduğu halda, bu ilin müvafiq dövründə həmin göstərici 165 kubmetrə düşüb. Hesabat dövrünün sonuna abonentlərin sayı 1 mln. 309 minə çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR