Meksikada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Meksikada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var
# 02 iyul 2016 04:04 (UTC +04:00)

Bakı-APA. Meksika Hərbi-Hava Qüvvələrinə məxsus “Alfa WSP109” helikopteri Mexiko ştatında qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində helokopterin göyərtəsində olan iki ekipaj üzvü ölüb.

Helikopter yerə düşəndən sonra alışıb yanıb. Onun Oahaki şəhərindən paytaxt Mexikoya uçduğu bildirilir. Polis və yanğınsöndürənlər hadisə yerini əhatəyə alıb. Qəzanın başvermə səbəbləri hələ ki, məlim deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR