Ədliyyə işçilərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi haqda qaydaya dəyişiklik edilib

Ədliyyə işçilərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi haqda qaydaya dəyişiklik edilib
# 01 may 2013 07:34 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nda dəyişiklik edib. NK-dan APA-ya verilən məlumata görə, dəyişiklik "İcbari sığortalar haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə edilib.

Dəyişikliyə əsasən, "Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın 6.1-ci bəndindən "nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı" sözləri çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR