Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu azərbaycanlılar arasında baş verən insidentlə bağlı məlumat yayıb

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu azərbaycanlılar arasında baş verən insidentlə bağlı məlumat yayıb
# 20 fevral 2013 12:19 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun mətbuat xidməti şəhərin Frunze rayonunda azərbaycanlılar arasında baş verən insidentlə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, Baş Konsulluğun açıqlamasında deyilir: “Fevralın 19-da Sankt-Peterburqun Frunze rayonunda Azərbaycanın Şəmkir rayonunun İrmaşdı kənd sakinləri arasında məişət zəminində dava-dalaş baş verib. Buna səbəb toy ərəfəsində qızın qaçırılması olub. Nəticədə kəsici-deşici alətlərlə xəsarət alan və odlu silahdan açılan atəşlə yaralanan 5 nəfər xəstəxanaya çatdırılıb. Sankt-Peterburqun hüquq-mühafizə orqanları hadisəyə operativ reaksiya verib və olayı törədənlər saxlanılıb. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, eləcə də şəhərdə yaşayan hörmət sahibi şəmkirlilər Seyfəddin Məmmədov, Novruz Məmmədov və Elçin Əhmədov münaqişənin böyüməməsi üçün lazımi iş aparıblar. Xəsarət alanlardan 2-si evə buraxılıb, 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin durumu isə ağırdır. Yaralılardan 3-ü Azərbaycan, 1-i Rusiya, 1-i isə Ukrayna vətəndaşıdır. Baş Konsulluq tərəflərlə daimi əlaqədədir və durumu nəzarətdə saxlayır. Hazırda tərəfləri barışdırmaq üçün iş aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR