“PAŞA Həyat Sığorta” bədbəxt hadisə üzrə 26 min manat həcmində sığorta ödənişi edib

“PAŞA Həyat Sığorta” bədbəxt hadisə üzrə 26 min manat həcmində sığorta ödənişi edib
# 17 dekabr 2014 09:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tikinti işləri ilə məşğul olan şirkətlərin birində çalışan işçi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 26,123 min manat həcmində sığorta ödənişi verilib.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən cari ilin yanvar ayından indiyədək 2,736 mln. manat həcmində sığorta ödənişləri həyata keçirilib ki, bunun da 63%-i, yəni 1,732 mln. manatı istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növünün payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR