Tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 05 iyun 2015 08:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Elxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 18-ə təyin edilib.

Qeyd edək ki, E. Cəfərov münaqişə zəminində od tüfəngindən atəş açaraq tanışı Süleyman Nuruzadəni qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR