Kaliforniya Senatında Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib - FOTOSESSİYA

Kaliforniya Senatında Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 mart 2013 09:00 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Kaliforniya ştatının Senatının dəvəti ilə Azərbaycan nümayəndə heyəti martın 11-də ştatın paytaxtı Sakramento şəhərində rəsmi səfərdə olub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, nümayəndə heyəti Milli Məclisin üzvləri Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Asim Mollazadə, eləcə də ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən ibarət olub.

Kaliforniya Senatında Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib. Ziyafətdə bir çox Kaliforniya senatorları, ştat hökumətinin yüksək vəzifəli rəsmiləri, tanınmış iş adamları, Şimali Kaliforniyanın aparıcı yəhudi təşkilatlarının rəhbərləri, Sakramento şəhərinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Kaliforniya senatorları Mark Desonye və Ted Lyu çıxış edərək 2011-ci ildə Azərbaycana etdikləri səfər barədə xatirələrini bölüşüb və bu səfərin onlarda ən xoş təəssüratlar buraxdığını diqqətə çatdırıblar.

Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin üzvü Sevinc Fətəliyeva çıxış ediblər.

Ziyafət kamança ustası İmamyar Həsənov tərəfindən Azərbaycan muğamlarının ifası ilə yekunlaşıb.

Qeyd edək ki, Kaliforniyadakı erməni lobbisi Azərbaycan nümayəndə heyətinin səfərinə, o cümlədən rəsmi ziyafətin keçirilməsinə mane olmaq istiqamətində müxtəlif səylər göstərsə də, öz məqsədlərinə nail ola bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR