Qusar sakini intihara cəhd edib

 Qusar sakini intihara cəhd edib
# 15 dekabr 2014 07:07 (UTC +04:00)

Bakı-APA. Qusar rayonunda intihara cəhd edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Qaratoba kəndində bir nəfər qülləyə qalxaraq intihar etmək niyyətini nümayiş etdirib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:14-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR