Gəncədə saxta qızıl satılması faktı aşkarlanıb

Gəncədə saxta qızıl satılması faktı aşkarlanıb
# 14 fevral 2013 10:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Azərbaycanda saxta qızıl satan şəxs aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 12-də Gəncə şəhər sakini İsgəndər Əliyev Gəncə Baş Polis İdarəsinə müraciət edərək, 2012-ci ilin iyun ayında 54,6 qram qızıl suyuna salınmış metaldan hazırlanan 3 ədəd boyunbağını qızıl adı ilə 1600 manata ona satan şəxsi "Tofaş" markalı avtomaşında görməsini bildirilib. Qeyd edilən avtomaşını idarə edən Tərtər rayon sakini Təvəkkül Həsənov saxlanılıb, avtomaşına baxış zamanı qızıl suyuna salınan 5 ədəd metaldan hazırlanan 5 ədəd boyunbağı və 1 ədəd tərəzi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR