İran və Gürcüstan arasında azad ticarət zonasının yaradılması haqqında saziş imzalanıb

İran və Gürcüstan arasında azad ticarət zonasının yaradılması haqqında saziş imzalanıb
# 22 aprel 2013 10:46 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran və Gürcüstan arasında hər iki ölkədə azad ticarət zonasının yaradılması ilə bağlı müqavilə imzalanıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, sazişdə Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə “Araz” Azad Ticarət Zonası yaradılması nəzərdə tutulur.

Bundan əlavə, ikitərəfli iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün gürcü sahibkarlar İrana səfər edəcək və bu ölkədə yaradılacaq azad ticarət zonasını müəyyənləşdirəcəklər. İranın Gürcüstanın digər bölgələrinə də böyük investisiyalar yatırması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR