Ağdaş və Balakən sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Ağdaş və Balakən sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb
# 23 iyul 2015 09:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Ağdaş və Balakən sakinlərində külli miqdarda narkotik vasitə aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəhnəxəlil kənd sakini Zakir Zakirova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 11 kiloqram 755 qram olan çətənə kolları aşkar edilərək götürülüb.

Analoji əməliyyatı Balakən Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirib. Rayonun Qazma kənd sakini Əhməd Musayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 12 kiloqram 125 qram olan çətənə kolları aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR