Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissəsində səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissəsində səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib
# 09 avqust 2014 10:17 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan Ordusu” qəzetinə istinadən verdiyi məlumata görə, toplanışda səyyar tipli şəxsi heyətin qəbulu məntəqəsi yaradılıb və dinləyici zabitlərə ehtiyatdan gələn hərbi qulluqçuların siyahılara uyğun vəzifələrə təyinedilmə qaydaları izah olunub.

Müdafiə Nazirliyinin məsul zabiti, polkovnik Elçin Daşpoladov bildirib ki, səfərbərlik elan olunduqda döyüşən hərbi hissələrdə səhra tipli şəxsi heyətin qəbul məntəqələri yaradılır. Təlimin əsas məqsədi döyüşən hərbi hissələri komplektləşdirməkdir.

Nazirlik nümayəndəsi qeyd edib ki, Silahlı Qüvvələrin növləri, birlik, birləşmə və hərbi hissələrin səfərbərlik işinə cavabdeh şəxsləri ilə şəxsi heyətin qəbul məntəqəsinin təşkili üzrə nümunəvi məşğələ ilk dəfədir keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR