Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimov məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
APA-nın xəbərinə görə, M.Səlimovun şikayəti baxılmaq üçün hakim Gülzar Rzayevanın icraatına verilib.
Məhkəmənin baxış iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.
M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.