Paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
# 01 aprel 2015 09:42 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Paytaxtın əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti fasilələrlə dayandırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliyi dövlətinin rəhbərliyinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar aprelin 1-i saat 13:00-dan etibarən aprelin 3-dək paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanından Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq və Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azneft dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov küçələri, eləcə də İçərişəhər, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və əks istiqamətlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.

V.Əsədov qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR