Qurban Yetirmişli: “Xəzər dənizinin Lənkərana yaxın hissəsində seysmik aktivlik bir qədər artıb”

Qurban Yetirmişli: “Xəzər dənizinin Lənkərana yaxın hissəsində seysmik aktivlik bir qədər artıb”
# 04 sentyabr 2012 09:21 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, son günlər bu ərazidə dalbadal 4 zəlzələ qeydə alınıb. Onlardan birinin maqnitidası 4,2, qalanları bir qədər zəif zəlzələlər olub: “Bu, həmin ərazidə baş verən tektonik qırılmalar nəticəsində yer daxilində gedən geodinamik proseslərin nəticəsində baş verir”.

Q. Yetirmişli deyib ki, ölkənin digər ərazilərində seysmik aktivlik fon səviyyəsindədir. Son aylar daha aktiv olan Şəki-Zaqatala bölgəsində də seysmiklik fon səviyyəsinə düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR