Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-dən krediti alan hər kəs banka gəlmədən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi sistemindən istifadə edərək, bankda olan hər hansı kreditini ödəyə bilər. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştəri saytın onlayn ödəniş bölməsi hissəsinə daxil olaraq, şəxsiyyət vəsiqəsinin PIN kodunu və ödəmək istədiyi kreditin nömrəsini daxil edir və «Göstər» düyməsini klik edir.
Sonra müştəri ödəmək istədiyi kreditin yanındakı «Ödə» düyməsini klik edir. Növbəti mərhələdə ödəniş səhifəsində ödəmək istədiyi məbləği və plastik kartın detallarını daxil edərək kreditini ödəmiş olur. Ödənişin təsdiqi barədə müştəriyə təşəkkür mesajı göstərilir və telefonuna qısa mesaj göndərilir.
Qeyd edək ki, ölkə bankları içərisində «Unibank» ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını «Unibank»ın ATM-də qeydiyyata daxil edərək, «Unibank»da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu xidmətin qarşılığında isə heç bir əlavə ödəniş etmir.
«Unibank»ın bütün filiallarında olan «Cash-in»lər vasitəsilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər. Bu aparatlara nəzarət edən bank əməkdaşları daim müştərilərə kömək etməyə hazırdır.
Bundan əlavə «UniMobile Banking» mobil proqramının istifadəçiləri, Banka gəlmədən, onun xidmətləri, tarifləri və faiz dərəcələri barədə məlumat əldə etmək, ən yaxın ödəmə məntəqəni tapmaq, eləcə də mobil operatorlar, kommunal və digər xidmətlər üzrə mobil telefonlarından on-layn ödəniş apara bilirlər.
İnternet-Bank sistemi sayəsində müştərilər «Unibank»ın məhsullarından və xidmətlərindən İnternet vasitəsilə cəld, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilir. Müştəri evdən çıxmadan belə, müxtəlif (həm bankdaxili həm də digər banklara) pul köçürmələri həyata keçirə bilər. Öz hesabların və plastik kartların çıxarışlarına baxmaq üçün daha banka ya ATM-ə getmək də lazım deyil.