«Dəmirbank»ın səhmdarlarının toplantısı keçiriləcək

«Dəmirbank»ın səhmdarlarının toplantısı keçiriləcək
# 30 may 2012 14:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyulun 14-də Azərbaycanın «Dəmirbank» ASC-nin səhmdarlarının Bakıda növbəti ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən bankın kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiqi, investisiya qiymətli kağızlar üzrə illik hesabatın təsdiqi, bankın nizamnaməsinə dəyişikliklərin edilməsi və dəyişikliklərin dövlət qeydiyyatına alınması, İdarə Heyətinə öhdəlik götürmək səlahiyyətlərinin verilməsi və mənfəətin bölüşdürülməsi kimi məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, 1989-cu ildən «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Hazırda «Dəmirbank»ın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) də daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR