Azərbaycandakı tikinti şirkətləri I rübdə inşaat işlərini 29% artırıb

Azərbaycandakı tikinti şirkətləri I rübdə inşaat işlərini 29% artırıb
# 26 aprel 2012 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi ötən ilin müqayisə edilən dövrünün səviyyəsini 28,5% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 74,4%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 13,2%-ni əsaslı təmir, 2,3%-ni cari təmir, 10,1%-ni isə sair tikinti işləri təşkil edib.

«Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 28,9%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 71,1%-ni həyata keçirib», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR