Amerikanın məşhur aktyoru Maykl Klark Dunkan 55 yaşında vəfat edib

Amerikanın məşhur aktyoru Maykl Klark Dunkan 55 yaşında vəfat edib
# 04 sentyabr 2012 08:35 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Amerikanın məşhur aktyorları, bir çox filmlərdəki rolu ilə izləyicilərin sevimlisinə çevrilən Maykl Klark Dunkan 55 yaşında vəfat edib. APA-nın məlumatına görə, aktyor sentyabrın 3-dən 4-nə keçən gecə Los-Ancelesdə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Bildirilir ki, aktyorun ölümünün səbəbi iyulda keçirdiyi infarkt olub. İyulun ortalarında Dunkan ürəyi dayanandan sonra təcili xəstəxanaya yerləşdirilib.

Mərhum aktyor “Yaşıl mil”, "Armaqeddon”, “Doqquz yard”, “Əqrəblərin şahzadəsi”, “Günahlar şəhəri” filmlərində unudulmaz rollar oynayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR