«Azərikimya»da ali məktəblərin tələbə və məzunları üçün iki aylıq yay təcrübəsi keçirilib - FOTO

«Azərikimya»da ali məktəblərin tələbə və məzunları üçün iki aylıq yay təcrübəsi keçirilib - <font color=red>FOTO</font>
# 05 sentyabr 2012 15:05 (UTC +04:00)
Bakı – APA-Economics. «Azərikimya»nın Etilen-polietilen zavodunda, həmçinin Nəqliyyat və Xüsusi texnika İdarəsində iki aylıq yay təcrübəsi başa çatmış ali məktəblərin tələbə və məzunları ilə hesabat görüşü keçirilib.

«Azərikimya»dan «APA-Economics»ə verilən məlumata görə, Bakı Dövlət Universitetinin, Neft Akademiyasının və Qafqaz Universitetinin tələbə və məzunları birliyin müəssisələrində mühəndis-texnoloq, iqtisadçı və ekoloq kimi çalışıb, ali məktəbdə aldıqları elmi-texniki bilikləri təcrübədə daha da təkmilləşdirib və genişləndiriblər.

Yay təcrübəsi başa çatmış tələbələrin hər birinə iki aylıq maaş, xüsusi hədiyyələr və əmək bioqrafiyalarının məhz «Azərikimya» istehsalatlarından başladıqlarını təsdiq edən ilk əmək kitabçaları təqdim edilib.

Tələbələr ali təhsillərini başa vurduqdan sonra «Azərikimya» müəssisələrinə qayıdaraq, bir mütəxəssis kimi burada çalışacaqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR