Razi Nurullayev ABŞ səfirliyinin siyasi müşaviri ilə görüşüb

Razi Nurullayev ABŞ səfirliyinin siyasi müşaviri ilə görüşüb
# 31 avqust 2012 15:59 (UTC +04:00)
Bakı – APA. AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Fanta Orr ilə görüşüb.

R. Nurullayev APA-ya açıqlamasında bildirib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və 2013-cü il seçkiləri ətrafında cərayan edən hadisələr müzakirə edilib.

Tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR