Küveyt ABŞ-dan 4,2 milyard dollara “Patriot” raketləri alır

Küveyt ABŞ-dan 4,2 milyard dollara “Patriot” raketləri alır
# 26 iyul 2012 13:00 (UTC +04:00)
Bakı. Yadigar Bayramlı-APA. Küveyt ABŞ-dan böyük həcmdə silah alır. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşliği və Təhlükəsizliyi Agentliyi (DSCA) məlumat yayıb.

Agentlik Küveytin sifarişi üzrə bu ölkəyə ümumi dəyəri 4,2 milyard dollar təşkil edən PAC-3 "Patriot" raket kompleksi satacaq.

Küveyt höküməti Amerikadan böyük həcmdə silah alınmasını regional təhdidlərə qarşı müdafiə məqsədi ilə əsaslandırıb.

Qeyd edək ki, hazırda Küveytin arsenalında Amerikadan satın alınmış xeyli sayda “Patriot” kompleksi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR