UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi başa çatıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi başa çatıb
# 26 iyul 2012 07:39 (UTC +04:00)
Bakı-APA. Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində daha 5 matç baş tutub.

Sensasiyanın qeydə alınmadığı oyunlardan sonra Kipr, Belarus, Polşa, Xorvatiya və İsveç çempionları mərhələ adlayıb. Yeganə böyükhesablı qələbəni isə sonuncular qazanıblar.

Qeyd edək ki, Azərbaycan çempionu “Neftçi” Gürcüstan “Zestafoni”si ilə cavab oyununun 24-də keçirərək III təsnifat mərhələsinə yüksəlmişdi.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları


"Linfild" (Şimali İrlandiya) - AEL (Kipr) - 0:0 (ilk oyun - 0:3)
"Slask" (Polşa) - "Buduçnost" (Monteneqro) - 0:1 (2:0)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) - 3:2 (1:1)
"Vardar" (Makedoniya) - BATE (Belarus) - 0:0 (2:3)
"Helsinqborq" (İsveç) - TNS (Uels) - 3:0 (0:0)
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR