Prezident İlham Əliyev: “Azərbaycan təbii sərvətlərinə və ətraf mühitə önəm verən ölkədir”

Prezident İlham Əliyev: “Azərbaycan təbii sərvətlərinə və ətraf mühitə önəm verən ölkədir”
# 03 fevral 2012 20:21 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev 48-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.
Prezident Azərbaycanın böyüyən Avropa enerji bazarında maraqlı olduğunu qeyd edib və eyni zamanda Avropanın enerjidaşıyıcılarının alternativ mənbələrində ehtiyacı olduğunu bildirib. “Diversifikasiya və enerji təhlükəsizliyi birbaşa bir-biri ilə bağlı olan məsələlərdi. Avropa istehlakçıları üçün enerji təhlükəsizliyi və şaxələndirmə barədə danışanda, hesab edirəm ki, marşrutlarının diversifikasiyasından daha çox ilk növbədə təchizat mənbələrinin diversifikasiyasından danışmaq lazımdır. Bu, diversifikasiya çox vacib məsələdir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm məsələsi olub və biz istehsalçı ölkə kimi bunu anlayırıq və istərdik ki, bizim tərəfdaşlarımız da bunu anlasınlar. Enerji təhlükəsizliyi təmin olunmadan heç bir ölkə öz gələcək inkişafını planlaşdıra bilməz”.
Azərbaycanın Avropa ilə güclü əlaqələrinin olduğunu vurğulayan prezident deyib: “Azərbaycan öz təbii sərvətlərinə və ətraf mühitin qorunmasına önəm verən ölkədir. Yüz ildən artıq Azərbaycanda neft yataqları ətraf mühitə təsiri nəzərə almadan istismar olunub”.
Prezident bildirib ki, bu baxımda dövlətin vəzifəsi ondan ibarətdir ki, keçmişdən qalan problemləri həll etsin, onilliklərlə dənizdə və quruda neft hasilatının ətraf mühitə vurduğu ziyanı aradan qaldırsın və bununla Azərbaycan qlobal ətraf mühitin müdafiəsinə öz töhfəsini verəcək. Bununla bağlı Azərbaycan günəş, külək kimi bərpa olunan enerji mənbələrinin inkişafına böyük əhəmiyyət verir və investisiya qoyur. O deyib, "biz alternativ enerji mənbələrini ölkənin enerji balansının əsas hissəsinə çevirməyi planlaşdırmırıq. Biz keçmiş və gələcək nəsillər qarşısında öz məsuliyyətimizi hiss edirik. Azərbaycan enerji təhlükəsizliyi və diversifikasiyasında öz rolunu oynamağa, və öz təbiəti qorumağa hazırdır".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR