“Eurovision”un təşkilatı məsələlər üzrə rəhbəri Sietse Bakker: ““Baku Crystal Hall» həqiqətən də möhtəşəmdir” - FOTOSESSİYA

“Eurovision”un təşkilatı məsələlər üzrə rəhbəri Sietse Bakker: ““Baku Crystal Hall» həqiqətən də möhtəşəmdir” - <font color=red>FOTOSESSİYA</font>
# 03 may 2012 07:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Dənizdən çəkilən «Baku Crystal Hall» həqiqətən də möhtəşəmdir!” APA-nın məlumatına görə, bu fikirləri “Eurovision” mahnı müsabiqəsinin təşkilatı məsələlər üzrə rəhbəri (event supervisor) Sietse Bakker “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. Hazırda Bakıda olan təşkilati məsələlər üzrə rəhbər “Eurovision-2012”nin keçiriləcəyi “Baku Crystal Hall”ın Xəzər dənizindən fotosunu yerləşdirərək fikirlərini bu cümlə ilə ifadə edib.

S. Bakker ərazidə sökülən evlərlə bağlı sualları isə belə cavablandırıb: “Buradan hamıya deyirəm ki, bu ərazidə bir bina belə “Baku Crystal Hall”ın tikintisi səbəbilə sökülməyib. İnsanlar 2009-cu ildən bilirdilər ki, Bakıda dairəvi yolunun keçəcəyi ərazidə yaşayırlar”.

Sözügedən fotonun aşağısından isə çoxsaylı xarici vətəndaşlar «Baku Crystal Hall»ın görünüşünün möhtəşəm olduğunu bildirərək, Azərbaycana bu hazırlığa görə təşəkkür bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR