Payızda Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan - Sankt-Peterburq daimi komissiyasının ilk iclası keçiriləcək

Payızda Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan - Sankt-Peterburq daimi komissiyasının ilk iclası keçiriləcək
# 10 aprel 2012 13:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu ilin sentyabr-oktyabr aylarında Bakıda ticarət-iqtisadi və humanitar-mədəni əməkdaşlıq üzrə Azərbaycan - Sankt-Peterburq daimi komissiyasının ilk iclası keçiriləcək.

APA-Economics”in xəbərinə görə, bu münasibətlə Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko iş adamlarından ibarət geniş nümayəndə heyətinin müşayiəti ilə Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində Bakıda biznes-forum keçiriləcək, ticarət-iqtisadi və humanitar-mədəni əməkdaşlıq üzrə Azərbaycan - Sankt-Peterburq daimi komissiyası haqqında sənəd imzalanacaq və bu komissiyanın ilk iclası keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR