Azərbaycan FHN Sumqayıtda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

Azərbaycan FHN Sumqayıtda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
# 26 aprel 2012 12:31 (UTC +04:00)
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, aprelin 25-də Sumqayıt şəhərində “Sumqayıt Polad Konstruksiya Quraşdırma” ASC-yə məxsus ərazidə yerləşən kağız emalı sexində zəhərlənmiş 9 nəfərin Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssisləri hadisə yerinə cəlb olunub və ilkin kəşfiyyat işləri aparıblar. İlkin kəşfiyyat nəticəsində sexin zəhərlənmə hadisəsi baş verdiyi hissəsində güclü təsiredici zəhərli maddələr aşkar edilib. Hadisə zamanı orada işləyən 1 nəfər - 1985-ci il təvəllüdlü Kamran Ağa oğlu Məlikməmmədov ölüb, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR