Azərbaycan tikinti materiallarının istehsalını 25% artırıb

Azərbaycan tikinti materiallarının istehsalını 25% artırıb
# 23 avqust 2012 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın tikinti materialları sənayesində müəssisələr tərəfindən 173,6 mln. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 25% çox məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 1,2 mln. ton sement, 63 min ton tikinti gipsi, 718,1 min ton hörmə üçün hazır beton qarışığı, 348,9 min ton asfalt, 31,5 ton tikinti əhəngi və 127,9 min kubmetr tikinti kərpici və s. məhsullar istehsal edilib. Ötən ilin yanvar-iyul aylarına nisbətən sement istehsalı 50,8%, tikinti gipsi 7,8%, hörmə üçün hazır beton qarışığı 21,7%, tikinti kərpici istehsalı isə 0,1% artıb, tikinti əhənginin istehsalı 54,5% azalıb.

Qeyd edək ki, 2012-ci il avqustun 1-nə müəssisələrin anbarlarında 10,2 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,9%-i qədər hazır məhsul ehtiyatı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR