«Bank SilkWay»in aktivləri son bir ildə 38% artıb

«Bank SilkWay»in aktivləri son bir ildə 38% artıb
# 13 iyul 2012 12:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin aktivlərinin həcmi 2012-ci il iyulun 1-nə 113,786 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 38% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 84% artaraq 56,134 mln. manat, o cümlədən qısamüddətli kreditlər 23% artaraq 14,219 mln. manata, uzunmüddətli kreditlər iki dəfə artaraq 36,165 mln. manat, istehlak kreditləri isə 2,1 dəfə artaraq 10,410 mln. manat olub.

Həmçinin, bankın depozit portfeli 23% artaraq 84,109 mln. manata, o cümlədən müddətli depozitlər 0,1% artaraq 480 min manata, tələb olunanadək depozitlərin həcmi 16% artaraq 72,778 mln. manata, əhalinin əmanətləri isə 2,1 dəfə artaraq 10,851 mln. manata çatıb.

Qeyd edək ki, bu dövr ərzində bankın problemli kreditlərinin həcmi 4,2 dəfə artaraq 6,611 mln. manat təşkil edib.

Eyni zamanda, bankın məcmu kapitalı 15% artaraq 44,379 mln. manat, o cümlədən nizamnamə kapitalı 14% artaraq 40,020 mln. manat olub.

Hesabat dövründə bankda çalışan işçilərin sayı 4,7% artaraq 111 nəfər, orta aylıq əmək haqqı isə 27% artaraq 700 manat təşkil edib.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 6 filialı, 20 bankomatı və 114 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR