BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Mingəçevirdə məcburi köçkünlərlə görüşüb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri Mingəçevirdə məcburi köçkünlərlə görüşüb
# 21 aprel 2012 19:33 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov-APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson, nümayəndəliyin sahə məsələləri üzrə baş məsləhətçisi Elsevər Ağayev, inzibati və proqram şöbəsinin müdiri Əhməd Cəlil Sahibzadə Mingəçevir şəhərindəki yataqxanalarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. APA-nın məlumatına görə qonaqlar məcburi köçkünlərin yaşayış şəraiti ilə yaxından tanış olublar.
Şəhər icra hakimiyyəti başçısının müavini İlham İsmayılov BMT rəsmilərinə məlumat verib ki, hazırda Mingəçevirdə 20 minə yaxın məcburi köçkün yaşayır və Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evləri inşa etdirir. Hazırda Mingəçevir şəhərində məcburi köçkün ailələri üçün 10 ədəd 9 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir. Şəhər ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşan 502 məcburi köçkün ailəsi həmin binalarda yerləşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR