Türkiyə Quru Qoşunları və Jandarma Qüvvələri baş komandanlarının Azərbaycana səfərlərinin tarixi dəqiqləşib

Türkiyə Quru Qoşunları və Jandarma Qüvvələri baş komandanlarının Azərbaycana səfərlərinin tarixi dəqiqləşib
# 23 may 2012 09:59 (UTC +04:00)
APA-nın Türkiyə Silahlı Qüvvələrinin adıçəkilən strukturlarından əldə etdiyi eksklüziv məlumata görə, səfər Azərbaycanın müdafiə və daxili işlər nazirlərinin dəvəti ilə gerçəkləşir.

Səfərlərin tarixləri də dəqiqləşib. Quru Qoşunlarının komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu iyunun 5-8-də, Jandarma Baş Komandanı, ordu generalı Bəkir Kalyoncu isə iyunun 10-13-də Azərbaycanda səfərdə olacaqlar.

Səfərlər çərçivəsində Türkiyə ordu rəsmilərinin Azərbaycanın hərbi qurumlarının rəhbərləri, həmçinin dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, bu, hər iki generalın bu vəzifədə Azərbaycana ilk səfəridir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR