Eldar Qasımov Ukraynada klip çəkdirib

Eldar Qasımov Ukraynada klip çəkdirib
# 24 avqust 2012 08:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision” tarixinə qalib kimi düşən azərbaycanlı müğənni Eldar Qasımov (Ell) Ukraynada klip çəkdirib. Sənətçinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən klipin tizeri 2012-ci ilin avqustun 27-də nümayiş olunacaq. Sənətçi “Eurovision”dan sonra ilk klipini Ukraynanın paytaxtı Kiyevdə “I’m Free” mahnısına çəkdirib.

Fanatları Eldarın yeni klipinin tizerini bu yaxınlarda görməyə müvəffəq olacaqlar. Bu imkanı onlar avqustun 27-də http://www.youtube.com/TheEllofficial saytında izləyə biləcəklər. “I’m Free”yə çəkilən klipin premyerasının sentyabrda keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR