Gürcüstanda İran şirkətinə məxsus avtomobil aşıb

Gürcüstanda İran şirkətinə məxsus avtomobil aşıb
# 13 avqust 2012 08:20 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda İran şirkətinə məxsus sıxılmış qazla dolu sisternli avtomobil aşıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Tiflis-Senaki-Leselidze avtomobil magistralında qeydə alınıb. Sürücüsü İran vətəndaşı olan avtomobil eniş zamanı ağaca çırpılıb, sürücü ölüb. Daha sonra avtomobildə yanğın baş verib. Magistralda maşınların hərəkəti müvəqqəti dayandırılıb. Hadisə yerinə güc strukturlarının nümayəndələri cəlb edilib. Yanğın söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR